“Qarabağ” Konfrans Liqasında qrup mərhələsindəbackend

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə qarşılaşan “Qarabağ” səfərdən qələbə ilə dönür.

Doğma meydanda rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdən də 3:1 hesablı qələbə ilə dönərək UEFA Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.

Bununla da “Qarabağ” UEFA-nın klub yarışları səviyyəsində hazırda fəaliyyət göstərən hər üç turnirində qrup mərhələsində çıxış edən ilk və yeganə Azərbaycan komandası olub.