Rəşad Bayramovun təqdimatında “Auditoriya qarşısında effektiv çıxış texnikaları” mövzusunda təlim keçirilibbackend

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə “Nitq mədəniyyəti” təlimi keçirilib.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, İctimai.az saytının baş redaktoru, “GələcəkSƏN” Təlim və İnkişaf Proqramının təsisçisi Rəşad Bayramovun təqdimatında reallaşan təlim “Auditoriya qarşısında effektiv çıxış texnikaları” başlığı altında keçirilib.

Qazax Heydər Əliyev Mərkəzində baş tutan təlim aşağıdakı mövzuları əhatə edib:
– Təqdimat bacarıqları;
– Auditoriyanın idarəolunma texnikaları;
– Çıxışlara hazırlıq;
– Çıxışlarda güzgü effekti və s.

Qeyd edək ki, “Təhsilli Azərbaycan Gəncliyi” (TAG) özündə təlim, seminar, fərdi inkişaf konsultasiyaları cəmləşdirən layihədir.

Layihə “GələcəkSƏN” Təlim və İnkişaf Proqramı çərçivəsində həyata keçiriləcək, Bakı və bölgələrimizi əhatə edəcək.