“Qarabağ” “Sabah”dan uzaqlaşdı, liderliyini möhkəmləndirdi

Futbol üzrə Azərbaycan Premyer-liqasının 23-cü turuna yekun vurulub.

İctimai.az xəbər verir ki, bu tur son illərin dəyişməz çempionu “Qarabağ” “Zirə”yə qalib gələrək liderliyini daha da gücləndirib.

“Köhlən atlar”ın əsas rəqibi “Sabah” komandası gözlənilmədən Tovuz “Turan”ına məğlub olaraq həm “Qarabağ”a yaxınlaşmaq şansını itirb, həm də digər rəqibi “Neftçi”nin də yaxınlaşmasına şərait yaradıb.

Belə ki, “Ağ qaralar” bu tur Səbailə qalib gələrək “Sabah”a bir qədər də yaxınlaşıb.

Beləliklə 23-cü turun bütün nəticələrini təqdim edirik:

Kəpəz 3:2 Şamaxı

Qəbələ 2:1 Sumqayıt

Neftçi 3:0 Səbail

Sabah 0:2 Turan

Zirə 0:1 Qarabağ

Oxşar xəbərlər