Rusiyanın xüsusi əməliyyatı nəticəsində Almaniya 100 milyard avro itirib

Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) prezidenti Marsel Fratzscher Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində Almaniyanın ötən il 100 milyard avro itirdiyini bildirib.

Bu barədə Rheinische Post məlumat yayıb.

Fratzscher iddia edir ki, Ukraynadakı münaqişə və bununla əlaqədar elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının 2,5%-nə başa gəlib ki, bu da 100 milyard avroya bərabərdir.

“Bu xərclər növbəti illərdə artmağa davam edəcək” deyə Fratzscher bildirib.

Mənbə: Lent.ru

İctimai.az

Oxşar xəbərlər