Qarabağa qovuşmağın təntənəsibackend

2020-ci ilin 8 noyabr günü Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış möhtəşəm bir gündür. Həmin tarixi gündə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azərbaycan xalqına müraciət edərək, xalqımızın uzun illər ərzində nisgili olan əziz Şuşamızın azad olunması xəbərini, sevinc göz yaşlarını gizlətmədən, böyük qürur və fəxarət hissi ilə çatdırmışdır. Azərbaycanın mədəni beşiyi olan Şuşa şəhərinin  erməni işğalçılarından azad edilməsi Vətən müharibəsinin yekunun gözəl carçısı idi. 9 noyabr 2020-ci il tarixində üç dövlət arasında imzalanmış bəyənnamə, Azərbaycan xalqının illərlə çəkdiyi Vətən nisgilinə, işğal altında olan torpaqların həsrətinə, doğma yurdlarından qaçqın və köçkün düşmüş həmvətənlərin əzabına, mənfur qonşularımızın əzəli torpaqlarımıza fanatik və əsaszız iddialarına son qoydu. Müzəffər Prezidentimiz İlham Əliyev “Dağlıq Qarabağ problem”inin həll olunması və muxtariyyatla bağlı status məsələləsinin dəfn olunmasını, “tarixin zibilliyinə” göndərdiyini dünya ictimayyətinə qətiyyətli surətdə çatdırmışdır. Azərbaycan xalqının həmrəyliyi, rəşadətli ordumuzun hərbi potensialı, Ali Baş Komandanın sərkərdəlik və diplomatik dühası möhtəşəm, parlaq Qələbəmizi şərtləndirmiş və Azərbaycan xalqının bir qarış  torpağının itirilməsi ilə barışmaz mövqeyini dünyaya nümayiş etdirmişdir.

Bu gün erməni tapdağından azad olunmuş ərazilərə həyat qayıdır. Cənab Prezident İlham Əliyevin “Biz Qarabağı dirçəltməliyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyik” sözləri regionda gedən genişmiqyaslı quruculuq işlərində öz əyani sübutunu tapır. Qarabağda gedən bərpa – quruculuq işləri Azərbaycan dövlətinin gücünü, məsələlərin səmərəli  və çevik həll etməsi imkanını və o cümlədən, ölkənin iqtisadi potensialını nümayiş etdirən amillərdir. Cəmi iki il ərzində müasir tələblərə cəvab verən Fizuli və Zəngilan  Beynəlxalq Hava Limanlarının inşası və istifadəyə verilməsi, yüz kilometrdən çox uzunluğu olan yolların çəkilməsi, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış prosesinə start verilməsi və  Zəngilana ilk ailələrin köçürülməsi tarixdə həm nadir, həmdə unikal bir haldır. Azərbaycanın Lideri üzərinə düşən yeni öhdəlikləri ağsaqqal əzmi ilə, müdrik və qətiyyətli şəkildə operativ həll etməsi bunun bariz nümunəsidir, torpaqların tarixi və həqiqi sahiblərinə qayıtması dəmir iradənin ifadəsidir.

Torpaqların işğaldan azad edilməsindən sonra Zəngilan rayonunda yenidənqurma işləri  yüksək sürətlə başlamış, “ağıllı kənd” layihəsinin həyata keçirilirməsi üzrə Ağalı kəndinə ilk sakinlərin köçürülməsi işinə start verilmiş, 41 ailə doğma torpaqlarına qayıtmışdır. Ağalı kəndində müasir infrastrukturun qurulması işi yüksək səviyyədə həyata keçirilir və o cümlədən, təhsil infrastrukturunun yenidən yaradılması gözümüzün önündə reallaşır. Bilik günündə Ağalı kəndinin yeni və müasir uslubda tikilmiş ikimərtəbəli məktəb öz qapılarını altmışdan çox şagirdlərə açmış, nəhayət, 29 ildən sonra Zəngilan rayonunun Ağalı kəndinin məktəbində ilk zəng çalınmışdır.

Oqtay Zəngilanlı və Alı Rəhimoğlunun Zəngilanın tarixi, coğrafiyası və iqtisadiyyatına həsr olunmuş kitabında rayonda işğal zamanı düşmənlər tərəfindən  61 tədris müəssisəsi – 15 məktəb, 19 səkkizillik, 27 orta məktəb, 1 peşə məktəbi, 42 məktəbəqədər təhsil müəssisəsi məhv və talan edilmişdir. Ağalı kəndinin yeni tikilmiş məktəbində Qarabağlı sabahların xəbərini vermiş ilk zəng Azərbaycan xalqının qırılmamış əzminin, boğulmamış ruhunun və xoşbəxt gələcəyinin sonsuz ümidlərinin simvoludur. Bu zəng Zəngilan rayonunda və o cümlədən, Qarabağ ərazisinin hər bir qarış torpağında, onun əsrarəngiz və gözəl güşələrinə dirçəlişin, həyatın qayıtması, sülhün bərqərar olunması xəbərini verdi və bu xəbər əzəli torpaqlarımızın ruhunun oyanmasının sehirli carçısı oldu. Bilik günündə Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kənd məktəbində Qarabağ Azərbaycandır şüarının işığında başlanan ilk dərslər şanlı tariximizin qürurlu səhifələrinin vərəqlənməsinin, Azərbaycan əsgərinin qəhrəmanlıq səlnaməsinin, dahi sərkərdəmizin misilsiz xidmətləri haqqında məruzənin təcəssümüdür.

Yaxın gələcəyimizdə digər təhsil məbədimizdə də uzun sükut illərini yaşayan, şagird və müəllim səslərindən məhrum olan ilk zəngin çalmasını səbirsizliklə gözləyirik. Bu təhsil  ocaqlarından biri, zəngin təhsil tariximizdə özunəməxsus və əvəsiz yeri olan 190 ildən çox azərbaycan elm və təhsilinə böyuk töhvə verən, bir çox akamedik və elmlər doktoru, ictimai xadimləri  yetişdirən 1 nömrəli Şuşa məktəbidir.

2021-ci il may ayın 12-də Şuşa 1 saylı ümumtəhsil məktəbin təməlqoyma mərasimində iştirak edən cənab Prezident İlham Əliyev yerli əhaliyə ilk dünyəvi təhsil verən,  əziz Şuşamızda ən qocaman təhsil müəssisəsinin yenidən başlamasına tarixi təkan vermişdir. Azərbaycanın qədim təhsil ocağı  olan 1 nömrəli Şuşa məktəbi Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Xan qızı Xurşudbanu Natavanın evi, Bülbülün evi, Vaqifin məqbərəsi və Şuşamızın dəyərli rəmzlərin dən biridir. Yaşı iki yüz ilə yaxınlaşan təhil ocağının olduqca zəngin tarixi var.

Azərbaycanda xalq maarif sisteminin yaranmasında mühüm əhəmiyyəti olan  Şuşa 1829-cu il avqustun 2-də Zaqavqaziya məktəblərinin ilk Nizamnaməsi təsdiq olunmuş, həmin sənədlə Azərbaycanda ilk dövlət məktəbləri olan qəza məktəblərinin əsası qoyulmuşdur. Açılışı Azərbaycanın doqquz şəhərində nəzərdə tutulan qəza məktəblərinin birincisi Şuşada təsis edilmişdir. Məktəblərin əsas məqsədi yerli əhaliyə ilk savad vermək və rus dilini yaymaq idi. Azərbaycanda ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabr ayının 30-da Şuşada cəmi 19 şagirdlə olmuşdur. Açılışda məktəbin müdiri N.Mixayloviski Zaqavqaziya məktəblərinin ilk Nizamnaməsindən çıxarışı oxumuş və qəza məktəbinin təsisini elan etmişdir. Şuşa qəza məktəbi iki sinifdən ibarət idi, tədris planına şəriət, hesab, hüsnxətt, rus dili və digər dillər daxil idi. Şuşa qəza məktəbi dünyəvi təhsil verən məktəblərin yaranmasının çarçısı idi və eyni zamanda  ilk dövlət məktəbi olaraq, dövlət məktəbi sisteminin yaranmasının ilk təməl daşı idi.

1835-ci və 1848-ci illərdə qəbul olunmuş yeni Nizamnamələrə əsasən qəza məktəblərində  tədrisin təkmilləşdirilməsi məsələləri yer almışdır. Hər iki sənədə uyğun tarix, coğrafiya, Azərbaycan dili, rus dilinin qrammatikası, rəsm fənlərinin tədrisi nəzərdə tutulmuşdur. Məktəbdə təlim-tərbiyə işləri yüksək səviyyədə həyata keçirilirdi. Şagirdlərin sayına görə bu məktəb Zaqavqaziyada birinci yerdə idi. Mənbələrə görə, 1865 -ci ildə Şuşa qəza məktəbində 240 şagird təhsil alırdı. Məktəbdə sinifdənxaric oxusunu təşkil etmək məqsədilə kitabxanada yaradılmşdır.. 1845-ci ilin məlumatın görə burada 301 adda kitab və tədris vəsaiti olmuşdur. Növbəti illərdə tədris planına latın və avropa dilləri daxil edilmişdir. Məhz Şuşa məktəbində fransız dili tədris edilirdi.

1874-ci ildə Şuşa məktəbi daha yüksək növlü məktəbə – şəhər məktəbinə çevrilmişdir. Məktəbin pedaqoji heyəti Tiflis Aleksandrovski Muəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. 1880-ci ildə  məktəbin nəzdində xüsusi musiqi sinifləri açıldı. 1927-1928-ci tədris ilində Şuşa məktəbi yeddilik məktəbə çevrildi. 1933-cü ildə məktəb isə Şuşa yeddiillik nümunə məktəbi adını qazanmışdır. 1937-1938-ci dərs ilindən yeddiillik Şuşa məktəbi 1 nömrəli şəhər məktəbinə çevirildi. 1966-ci ildə 1 nömrəli məktəbdən yeni bir təhsil ocağı – 4 nömrəli orta məktəb yarandı. 1 nömrəli Şuşa şəhər orta məktəbi isə yeni binaya köçərək, Azərbaycan xalqının sərvəti olan, dahi  bəstəkar Uzəyir bəy Hacıbəyovun adı ilə fəaliyyətini davam etdirdi. Müxtəlif illərdə F.Köçərli, S.Vəlibəyov, S.Ələsgərov, Ə.Abbasov kimi görkəmli məşhurlar məktəbin məzunları olublar.

1 nömrəli orta məktəb fəaliyyətini 1992-ci ilin may ayına qədər davam etmişdir. Şuşanın işğal dövründə məktəb Bakının 38 nömrəli məktəbində fəaliyyətini bu günə qədər göstərməkdədir. Erməni faşist rejimi dövründə Şuşanın ilk dünyəvi təhsil verən məktəbi yerlə-yeksan olunmuş, digər təhsil ocaqları, mədəni abidələri kimi erməni vandallığına məruz qalmışdır. Bir milyona yaxın soydaşımız doğma topaqlarından qaçqın olmuş, minlərlə həmvətənlərimiz vəhşicəsinə qətlə yetirilmiş, itkin düşmüşsür. Erməni faşistlərinin xalqımıza qarşı etdiyi genosid  XX əsrdə olan ən  dəhşətli qətliyamlardan biri olaraq, insanlığa qarşı misilsiz cinayətdir. Azad olunmuş torpaqlarda erməni faşizminin bir çox çirkin simaları aydın şəkildə özünü biruzə verdi. Erməni vandalları illərlə doğma xalqımızın gözəl şəhərlərini yer üzündən silmiş, mədəni abidələrimizi dağıtmış, yaşıllıqları məhv etmiş, faydalı  qazıntılarını özününləşdirmiş, satmış, məzarları dağıtmış və insanlıqdan kənar olan əməllər törətmişdir.

Rəşadətli Azərbaycan əsgəri düşmənin layiqli dərsini döyuş meydanında verərək, soydaşlarımızın, şəhidllərimizin qanını yerdə qoymadı. Azərbaycan əsgəri öz qanı ilə düşmən izlərini əzəli torpaqlarınızdan sildi.

Bu gün əsgərlərimizin qanı ilə suvarılmış Qarabağ torpaqlarında həyat dirçəlir. Xarıbülbül beynəlxalq festivalı, Vaqif poeziya günlərin bərpası, yeni tikilmiş Ağalı kənd məktəbində ilk dərs və ilk idman festivalının keçirilməsi Zəfər salnaməsinin möhtəşəm təntənəsidir. Bu təntənənin işığında yaxın gələcəkdə Qarabağın hər bir güşəsində uşaq səsləri bir-birinə qarışaraq, gözəl diyarımızın şirin simfoniyasına çevriləcək. Yeni tikilmiş məktəblərdə isə səslənən ilk zənglər otuz illik zülmətin süqutunu qıracaq.

 

 

Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun

Bakı Slavyan Universiteti ərazi təşkilatının

sədri dosent Sevinc Axundova