Şuşaya gedən yol məhz 27 sentyabr tarixində başlamışdırbackend

Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”

44 günlük Vətən müharibəsində düşmən Azərbaycanın gücünü, bütün dünya isə birliyini, həmrəyliyini gördü. Böyük sərvətimiz, dəyərimiz olan həmrəyliyimiz möhtəşəm Zəfərimizin əsas amillərindən biri olmuşdur.

Haqq savaşımızın son məqsədi Şuşanı işğaldan azad etmək idi. Bunu ölkə başçısı öz çıxışlarında da dəfələrlə vurğulamışdır. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa xalqımızın ürəyidir, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

Bu da, əlbəttə bizə onu deməyə əsas verir ki, Şuşaya gedən yol məhz 27 sentyabr tarixində başlamışdır.

Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir.

Biz 44 günlük Vətən müharibəsi ilə düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda və dünyada yeni reallıqlar yaratdıq. Bununla bağlı dövlət başçısı qeyd edib ki, “Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir”.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz.

Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını şanlı zəfərlə yerinə yetirdi. Ərazi bütövlüyümüz bərpa olunmaqla yanaşı, Vətən savaşı ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi.

Bu gün hər bir vətəndaşımız haqlı olaraq Prezident, Müzəffər Ali Baş Komadan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işıqlı və uğurlu gələcəyinə inanır, atılan uğurlu siyasi addımlar bu inamı daha da gücləndirir.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon təşkilatının ƏPT sədri