“Qarabağ”ın dünya reytinqində mövqeyi bəlli oldubackend

“Qarabağ” futbol klubu dünya reytinqində 71-ci yerdə qərarlaşıb.

İctimai.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı cədvəldə Ağdam təmsilçisinin mövqeyi müəyyənləşib.

Sıralamada 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövr nəzərə alınıb.

Siyahıda Azərbaycanın digər komandalarından “Neftçi” 375-ci, “Zirə” 399-cu, “Sabah” isə 411-ci yerdədir.

501 komandanın yer aldığı cədvələ İspaniyanın “Real Madrid” klubu başçılıq edir. Sonrakı yerləri “Mançester Siti” (İngiltərə) və “Flamenqo” (Braziliya) tutur.