“Qarabağ”ın oyununun keçiriləcəyi stadionda sektorun tavanı uçdubackend

Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda sektorun tavanı uçub.

Oxu.Az-ın məlumatına görə, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb.

Qeyd edək ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun  “Qarabağ” – “Hakken” görüşü keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.