Qusarda avtobus aşıb, xəsarət alanlar varbackend

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Qusar-Xurel marşrutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə altı nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.