Qazaxıstan Konstitusiya Gününü qeyd edirbackend

Bu gün Qazaxıstanda Konstitusiya Günü qeyd edilir.

İctimai.az xəbər verir ki, avqustun 30-da Konstitusiyasının qəbul edilməsinin 29-cu ildönümü tamam olur.

1991-ci ildə Qazaxıstan müstəqillik əldə edən kimi Konstitusiyanın əsası hazırlanıb. Lakin dövlətin əsas hüquqi əsasları yalnız iki ildən sonra, 1993-cü ildə qoyulub. Konstitusiya isə 1995-ci il avqustun 30-da ümumxalq səsverməsi nəticəsində qəbul edilib. Qazaxıstan Konstitusiyası 9 hissə və 98 maddədən ibarətdir.

1995-ci ildə qəbul edilmiş Konstitusiyaya 1998, 2007, 2011-ci illərdə bir sıra dəyişikliklər edilib.

Konstitusiyaya son dəyişikliklər 2022-ci ildə edilib. İyunun 5-də keçirilən ümumxalq səsverməsi nəticəsində Konstitusiyanın 33 maddəsinə 56 dəyişiklik edilib.