Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsi iştirakçısı, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevin atası qvardiya serjantı Kemel Tokayevin təltif siyahısını dərc edib.
Kemel Tokayev 1923-cü ildə anadan olub. O, redaktor və yazıçı olub, qazax nəsrində detektiv janrının banisi hesab olunur. Tokayev 1942-ci ildə cəbhəyə yollanıb. 1945-ci ilin yanvarında Polşada gedən döyüşlərdə yaralandığı üçün xidməti davam etdirə bilməyib, bundan sonra yazı yazmağa başlayıb. O, müharibədə yaşadıqlarını, gördüklərini ətraflı təsvir edən “Bir əsgər döyüşə getdi” kitabının müəllifidir. Kəməl Tokayev 1986-cı ildə 63 yaşında vəfat edib.