Qazaxıstan sakinləri bir gün “qocaldılar”backend

Qazaxıstanda vahid UTC+5 saat qurşağına keçiddən sonra ölkə sakinləri bir gün “qocalıblar”. Belə ki, onların rəqəmsal sənədlərində doğum tarixi bir gün əvvəli göstərir.

Bu barədə Milli İnformasiya Texnologiyaları şirkətindən xəbər verilib.

Bildirilir ki, “eGov” dövlət xidmətləri portalında yaranan nasazlıq belə bir problemə səbəb olub.

“Hazırda ekspertlər bunu araşdırır”, – deyə məlumatda vurğulanır.

 

Qeyd edək ki, Qazaxıstan martın 1-dən UTC+5 vahid saat qurşağına keçib.