Mərkəzi Referendum Komissiyasının məlumatlarına xəbər verir ki, Qazaxıstanda seçicilərin 87,15%-i referendumda yeni konstitusiyanın qəbul edilməsini dəstəkləyib.
Qeyd edilib ki, seçici siyahısında qeydiyyatdan keçmiş 12 482 613 qazaxıstanlının 7 954 667-si (87,15%) yeni konstitusiyanın qəbul edilməsini dəstəkləyib. 898 099 nəfər yeni konstitusiyanın əleyhinə səs verib.
Ölkə konstitusiyasının yeni versiyası birpalatalı parlamentə keçid və “ənənəvi dəyərlərin” daha güclü qorunması da daxil olmaqla genişmiqyaslı siyasi islahatları nəzərdə tutur.















