Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesovla münaqişəyə girən jurnalist Nursultan Kurman rusiyalı mütəxəssisi ilk dəfə bağışladığını bildirib. Onun sözlərini Metaratings.kz sitat gətirir.
“Bu dəfəki epizodu zarafat kimi qəbul etmək olar. Səhv etməyən insanlar yoxdur. Mən onu bu səhvinə görə bağışlayıram. Növbəti dəfə belə hal təkrarlanarsa, başqa tədbirlər görəcəyik”.
Bundan əvvəl mətbuat konfransı zamanı rusiyalı mütəxəssis jurnalistlərdən birinin ona qazax dilində sual verməsindən hiddətlənib. Sonradan məlum olub ki, mütəxəssis qazax dilini öyrənməyə başlayıb.
Çerçesov 2024-cü ilin sentyabrında beynəlxalq oyunlar üçün fasilə zamanı Qazaxıstan millisi ilə işləməyə başlayacaq.
Mənbə: Sports.ru