Qədim Peruluların mağara rəsmləri halüsinogenlərdən ilhamlanıbbackend

Varşava və Poznan universitetlərindən olan bir qrup polşalı arxeoloq Peruda qədim mağara rəsmlərinin halüsinogen maddələrin təsiri altında çəkildiyini müəyyən edib. Araşdırma Cambridge Archaeological Journal (CAJ) elmi jurnalında dərc olunub.

Qayaüstü rəsm əsərləri Majes çayının vadisində Toro Muerto quru dərəsində tapılıb. Əsərlərin 1400 ilə 2100 il arasında olduğu güman edilir. Görüntülərdə insan fiqurları qırıq xətlər və dairələrlə əhatə olunmuş şəkildə rəqs edir.

Alimlər müəyyən ediblər ki, qədim peruluların rəsmlərindəki motivlər Kolumbiya, Braziliya və Ekvadorda Amazon tropik meşələrində yaşayan tukano xalqının sənətinə çox bənzəyir. Bu qəbilənin insanları müxtəlif bitkilərdən hazırlanan halüsinogen içki ayahuascanın təsiri altında yaradılmışdır.

Mənbə: Lenta.ru