Qətər Trampa Pentaqon təyyarəsini hədiyyə etdibackend

Qətər prezident təyyarəsi Air Force One-a çevrilməsi üçün ABŞ-a Boeing 747-8 təyyarəsi bağışlayacaq. CNN bu barədə iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri tərəfindən imzalanmış memoranduma istinadla xəbər verir.

İyulun 7-də ABŞ-ın müdafiə naziri Pit Heqset və onun Qətərli həmkarı Səud bin Əbdülrəhman Əl Tani tərəfindən imzalanan sənəddə razılaşmanın könüllü xarakter daşıdığı vurğulanır. Mətndə bildirilir ki, transfer “əməkdaşlıq ruhunda” heç bir korrupsiya əməli əlamətləri olmadan həyata keçirilir.

CNN və ABŞ Hərbi Hava Qüvvələrinə görə, təyyarənin təkmilləşdirilməsinin dəyəri 400 milyon dollardan az olacaq.