Qətər Ukraynadakı münaqişənin həlli üçün bütün səyləri dəstəklədiyini bildiribbackend

Qətər Rusiya-Ukrayna sammitinin keçirilməsi ilə bağlı danışıqların təşkilində iştirak etmir.

Bunu Qətər baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

O bildirib ki, ölkə münaqişənin həllinə yönəlmiş bütün beynəlxalq səyləri, o cümlədən Rusiya-Ukrayna sammitinin keçirilməsini dəstəkləyir.

“Lakin mən Qətərin rolunun bu cür addımları əhatə etdiyinə inanmıram”, – Əl-Ənsari Qətər rəhbərliyinin Dohaya son səfəri zamanı Ukrayna nümayəndələri ilə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında texniki məsləhətləşmələrin keçirilməsi imkanını müzakirə edib-etməməsi sualına cavab verib.