Qəzza zolağına humanitar yardımın bir hissəsi kimi ABŞ tərəfindən verilən unun tərkibində reseptlə yazılan ağrıkəsici oksikodon tapılıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qəzza hökuməti əzilmiş dərmanın una əlavə edilməsini sakinlərin sağlamlığına hücum adlandırıb.
“Ola bilsin ki, bu tabletlər qəsdən əzilib və ya unun içərisində həll edilib ki, bu da əhalinin sağlamlığına birbaşa hücum deməkdir”, – Qəzza kabineti bildirib.
Zolaqda buna görə məsuliyyət BMT-nin tələblərini pozaraq anklavın cənubunda və mərkəzində dörd paylama məntəqəsinə humanitar yardım çatdıran İsrailin üzərinə qoyulmuşdu. Qeyd olunur ki, cəmi bir ay ərzində (mayın 27-dən bəri) bu məntəqələrə yaxın ərazilərin atəşə tutulması nəticəsində 4,5 min nəfər, o cümlədən həyatla bir araya sığmayan xəsarətlər alıb.