İsrail ordusunun Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində Qızıl Aypara Cəmiyyətinin qərargahı atəşə məruz qalıb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində üç məcburi köçkün ölüb, iki nəfər isə yaralanıb”, – deyə məlumatda qeyd edilib.