Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.
İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.
Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.
“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, – deyə qubernator vurğulayıb.
İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.