Qırğızıstanda Rusiya Evinin əməkdaşı həbs edilibbackend

Qırğızıstanda Oş şəhərindəki Rus Evinin əməkdaşı Nataliya Sekerina muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək həbs edilib.

TASS bu barədə Qırğızıstanın Ali Məhkəməsinə istinadən xəbər verir.

Məhkəmə nümayəndəsi bildirib ki, Sekerina barəsində “istintaq müddətində, yəni 2025-ci il iyunun 17-dək həbs-qətimkan tədbiri seçilib”.

Şübhəli şəxs Qırğızıstan Cinayət Məcəlləsinin muzdluların başqa dövlətlərin silahlı münaqişələrində və ya dövlət hakimiyyətinin devrilməsinə və ya ərazi bütövlüyünün pozulmasına yönəlmiş zorakılıq hərəkətlərində istifadə etmək məqsədilə onların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanması, habelə münaqişə və ya hərbi məqsədlər üçün istifadə edilməsi maddəsi ilə başlanılan işin istintaqı çərçivəsində saxlanılıb.

Agentliyin məlumatına görə, Sekerina ilə birlikdə şəhər administrasiyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha 4 nəfər saxlanılıb.