Şanxay avtosalonunda Volkswagen Tiguan L Pro təqdim edilibbackend

SAIC və VW Şanxay avtosalonunda yenilənmiş Volkswagen Tiguan L Pro-nu təqdim etdilər.

Bu barədə “No Limits” Telegram kanalı məlumat yayıb.

“Maşın 186 və ya 220 at gücünə malik 2,0 litrlik turbomühərrikli benzin mühərriki ilə təchiz edilib. Almanların başqa bir dövlət korporasiyası (FAW) ilə birgə istehsal etdiyi “Jetta” brendindən fərqli olaraq, bu modellər ən yüksək standartlara uyğun təchiz edilib. “Burada salondakı materiallar daha yaxşı, multimedia (10,3 düym) isə daha böyükdür”.

Mənbənin sözlərinə görə, avtomobil SAIC və VW şirkətlərinin birgə istehsalıdır. Həmçinin bildirilir ki, yenilənmiş avtomobillər “VW” nişanı ilə markalandığı üçün birbaşa Rusiyaya çatdırılmayacaq.