Qırğızıstanda vergi xidmətinin rəhbəri saxlanılıbbackend

Qırğızıstanda vergi xidmətinin rəhbəri Altınbek Abduvapov və onun müavini korrupsiyada şübhəli bilinərək saxlanılıb.

Bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət Vergi Xidmətinin sədri Abduvapov və onun müavini (İslambek) Kıdırqıçovun elektron qaimə qaimələrindən istifadə ilə bağlı dələduzluqda iştirakı müəyyən edilib”, – məlumatda deyilir.

Hazırda saxlanılan şəxslər MTN-in müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Bu yaxınlarda bildirilmişdi ki, nəqliyyat naziri – Rostov vilayəti qubernatorunun müavini Vitali Kuşnarev rüşvət almaqla bağlı cinayət işinə qarışıb.