Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiyanın ÇSKA və Ximki klublarına 2026-cı ilin yayına qədər transfer qadağası qoyub.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
CSKA-nın kommunikasiya direktoru Kirill Breido öz Telegram kanalında klubun nigeriyalı Çidera Ejukanın transferinə görə Hollandiya Heerenveen klubuna borclu olduğunu açıqlayıb. CSKA xorvatiyalı Nikola Vlaşiçin transferi üçün təxminən 20 milyon avro borcu olduğu üçün West Ham-ın bu pulu ödəyəcəyini gözləyirdi.
“Ximki” isveçli yarımmüdafiəçi Besard Saboviçə borcu olduğuna görə cəza alıb. 2022-ci ilin avqustunda FİFA və İdman Arbitraj Məhkəməsi (CAS) futbolçunun klubla müqaviləsini üzrlü səbəbə görə ləğv etdiyini qəbul edib.