Quldurlar Haitidə əlillər üçün sığınacaqdan uşaqları və irlandiyalı qadını qaçırıblarbackend

Haitinin paytaxt Kenskoff kommunasında silahlı cinayətkarlar əlilliyi olan uşaqlar üçün uşaq evinə hücum ediblər.

Bu barədə yerli RTVF radiosu və Fierte FM məlumat yayıb.

Hücum nəticəsində bir neçə nəfər, o cümlədən qurumun direktoru və irlandiyalı humanitar işçi qaçırılıb.

Hadisə səhər tezdən Tête Boispin ərazisində yerləşən Nos Petits Frères et Sœurs uşaq evində baş verib.
Hücum edənlər əlil uşaqların qaldığı otağa daxil olmaq üçün divarı aşdılar.

RTVF radiosunun məlumatına görə, hücumu Viv-Ansam adlı Haitili dəstə törədib. Cinayətkarların əsas hədəfi uşaqlar olub. Qaçırılanlar arasında İrlandiya vətəndaşı və uşaq evinin əməkdaşı xanım Gina da var.

Hüquq-mühafizə orqanlarından və ya Haiti səlahiyyətlilərindən hələlik rəsmi şərh yoxdur.