Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric edilməsi məsələsi akademiyanın bugünkü ümumi yığıncağının gündəliyindən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, AMEA-nın bugünkü iclasında akademiyanın prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
İclasın gündəliyinə bir məsələ – AMEA-nın elmi təşkilatlarının və ali təhsil müəssislərinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında məruzə daxil edilib.
Sonda isə AMEA-nın Rəyasət Heyətinin qərarı olacaq.













