“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının ilk 1/4 final matçında London “Arsenal”ına məğlubiyyətdən sonra cavab matçında geri dönüş gözlədiyini bildirib.
“Futbolda hər şey həmişə dəyişə bilər. Heç kim “Arsenal”ın cərimə zərbələrindən iki qol vuracağını gözləmirdi, ona görə də hər şey baş verə bilər. Bu, bizim üçün çox çətin olacaq, amma geriyə qayıtmaq mümkündür. “Mən əlbəttə ki, məsuliyyəti öz üzərimə götürürəm” dedi.
“Emireyts” stadionunda keçirilən görüş 3:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Tamaşaçılar ilk hissədə vurulan qol görməsələr də, ikinci hissədə Deklan Rays 58 və 70-ci dəqiqələrdə birbaşa cərimə zərbələri ilə iki dəfə fərqlənib və yekun nəticəni 75-ci dəqiqədə Mikel Merino təyin edib.