ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyatın keçmiş direktoru vəzifəsini icra edən Riçard Qreneli İran üzrə xüsusi elçi vəzifəsinə namizəd göstərə bilər.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatlı həmsöhbətlərindən biri vurğuladı ki, Qrenellin namizədliyi bu vəzifəyə mütləq nəzərdən keçirilir.
Xüsusi elçinin namizədliyi və İrana qarşı gələcək strategiya ilə bağlı yekun qərar hələ verilməyib. Lakin agentliyin qeyd etdiyi kimi, Trampın bu rol üçün əsas müttəfiqi Qreneli nəzərdən keçirməsi növbəti Amerika liderinin Tehranla danışıqlara hazır ola biləcəyinə işarədir.