Reuters ABŞ-ın Suriya müxalifətinə tövsiyələrindən xəbər tutubbackend

Birləşmiş Ştatlar “Həyat Təhrir əl-Şam” qrupuna Suriyada inklüziv hökumətin qurulmasını dəstəkləməyi və ölkədəki bütün hakimiyyəti öz üzərinə götürməməyi tövsiyə edib.

Bu barədə Amerika rəsmilərinin mənbələrinə istinadən Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası son günlər Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri, eləcə də Türkiyə ilə koordinasiyalı şəkildə HTS ilə əlaqələri davam etdirməyə başlayıb.

O da məlumdur ki, Bayden administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini bu təmaslar barədə xəbərdar edir.

Dekabrın 8-nə keçən gecə müxalifət Dəməşqi ələ keçirdi. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.