Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hakimiyyətinin “aqoniyasını uzatmaq” istəyir, ona görə də Kiyevə yardım göstərməkdə davam edir.
“Bu, Kiyev rejiminin, Zelenskinin özünün və Bayden rejiminin Ukraynadakı vəziyyət ətrafında yaratdığı bütün bu korrupsioner sövdələşmələrin əzabını uzatmaq üçün manik bir istəkdir”, – diplomat izah edib.
Dekabrın 10-da ABŞ Maliyyə Nazirliyi G7-nin təcili kredit təşəbbüsü çərçivəsində Ukraynanın ehtiyacları üçün 20 milyard dollar ayrıldığını elan edib.