Beyrut və Livanın Hizbullah şiə hərəkatı Vaşinqtonun İsraillə atəşi dayandırmaq təklifi ilə razılaşıb.
Bu barədə Reuters yazır.
Qəzet qeyd edir ki, yüksək rütbəli Livan rəsmisi atəşkəs səylərini “ən ciddisi” adlandırıb.
“Parlament spikeri Nəbih Berrinin köməkçisi Əli Həsən Xəlil bildirib ki, Livan bazar ertəsi ABŞ-ın Livandakı səfirinə yazılı cavab göndərib və Ağ Evin xüsusi elçisi Amos Hokşteyn danışıqları davam etdirmək üçün Beyruta gedir”.
Noyabrın 17-də ABŞ prezidentinin xüsusi elçi rütbəli müşaviri Amos Hokşteyn İsraillə Livanda vuruşan şiə Hizbullah hərəkatı arasında barışıq danışıqları fonunda Livana uçacağı xəbəri yayılıb. Beyrut hesab edir ki, İsrail danışıqlarda ən sərfəli mövqeləri əldə etmək üçün Livan ərazisinə zərbələrini artırır.