Rusiyanın enerji şirkətləri Sudanda iyirmidən çox neft yatağı işlədə bilər.
Bu barədə RİA Novosti-yə Afrika dövlətinin Energetika və Neft Nazirliyinin rəhbəri Muhiddin ən-Naim Səid bildirib.
O qeyd edib ki, Sudanda 22 neft yatağı var və onların 70%-dən çoxu ölkənin təhlükəsiz şimal və şərq bölgələrində yerləşir.
Nazir bildirib ki, Rusiya neft şirkətləri kəşfiyyat işləri aparmaq üçün Sudana dəvət olunub.