Roma Papası Ukraynada keçiriləcək konfransa hansı şərtlərlə gedəcəyini açıqlayıbbackend

Roma Papası Fransisk Ukrayna üzrə iyunda İsveçrədə keçiriləcək sülh konfransına yalnız Rusiyanın da bu tədbirə dəvət olunması şərti ilə qoşulmağa hazır olduğunu bildirib. Bu barədə RİA Novosti-yə Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov məlumat verib.

Blick qəzeti xəbər verir ki, konfransa dəvəti İsveçrə prezidenti Viola Amerd göndərib. Ukrayna prezidenti Vladimir Zelenski Roma Papası Fransiskin Ukraynadakı münaqişə ilə bağlı açıqlamalarını “qəribə” adlandırıb.

Konfransın 15-16 iyun tarixlərində Luzern şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır.

Mənbə: RİA Novosti