Portuqaliyalı hücumçu Əl-Nasr Kriştiano Ronaldo Səudiyyə klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir. Bu barədə jurnalist Əli Əl-Hərbi sosial şəbəkələrdə məlumat verib.
Mənbənin məlumatına görə, əfsanəvi forvard 2026-cı il dünya çempionatında da oynamağı planlaşdırır.Bildirilir ki, Ronaldo klub rəhbərliyinə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istədiyini bildirib.
Ronaldo 2 yanvar 2023-cü ildə Səudiyyə Ərəbistanından “Əl-Nasr”ın oyunçusu oldu və klubla müqaviləsinə əsasən, ildə 200 milyon avro alacaq. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların olacağı da bildirilirdi.
Mənbə: TRT Sport