Təyyarənin tarlaya təcili eniş etməzdən əvvəl pilotların danışığının səsyazısı yayımlanıbbackend

Novosibirsk yaxınlığındakı sahəyə məcburi eniş edən Ural Hava Yollarına məxsus təyyarənin kokpitində pilotlar arasında dialoqun yazısı “Aviatorschina” Telegram kanalında yayımlanıb.

Kanalın məlumatına görə, bu, Airbus A320 təyyarəsinin enişindən bir neçə dəqiqə əvvəl baş tutan söhbətin stenoqramının sonuncu hissəsidir.

İkinci pilot kapitana yanacaq çatışmazlığını xatırlatdı. Buna cavab olaraq kapitan onu sakit olmağa çağırıb. Ekipaj üzvlərindən biri dispetçerə cəmi 11 dəqiqə yanacaq qaldığını, bu da Novosibirskdə eniş üçün kifayət etmədiyini bildirib. Bununla əlaqədar olaraq təyyarənin uyğun yerə endirilməsi qərara alınıb.

Mənbə: A Haber