Ronaldo “Əl Nəsr”dəki gələcəyindən danışıbbackend

Portuqaliyalı “Əl-Nasra”nın futbolçusu Kriştiano Ronaldo Səudiyyə klubundan ayrılmaq niyyətində olmadığını və növbəti mövsümdə ilk kuboku qazanmaq əzmində olduğunu açıqlayıb.

Ronaldonun komandası bu mövsüm çempionluq yarışını Əl İttihada uduzaraq kuboksuz qalıb.

“Mən xoşbəxtəm, burada oynamaq istəyirəm və oynamağa davam edəcəyəm. Fikrimcə, görmək istədikləri işləri davam etdirsələr, o zaman yaxın 5 ildə Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşı 5 liqasına daxil ola bilər.

Bu mövsüm nəsə qazanacağıma ümid edirdim, amma alınmadı. Amma mən çox pozitivəm və əminəm ki, hər şey dəyişəcək və yaxşılığa doğru gedəcək. Gəlin buna inanaq və bu istiqamətdə çalışaq”, – deyə Səudiyyə Ərəbistanı çempionatının mətbuat xidməti Ronaldonun sözlərini sitat gətirib.

Mənbə: TRT Spor