Ronaldo: Təsadüfi deyil ki, 20 il ərzində ən yüksək səviyyədə oynamışambackend

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo 20 il ərzində necə yüksək səviyyədə çıxış etdiyini açıqlayıb.

Onun sözlərini Record nəşri yazır.

“20 il ərzində ən yüksək səviyyədə oynamağım sadəcə təsadüf deyil. Genetika vacibdir, bəli, amma eyni dərəcədə vacib olan digər amillər də var, məsələn, epigenetika, sizin genetikanızla etdiyiniz şeydir”, – Ronaldo bildirib.

38 yaşlı portuqaliyalı yanvarın 2-də “Əl-Nasr”a keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.

Mənbə: Goal