Rumıniya hökumətinin başçısı Marsel Çiolaku Ukraynada yaşayan rumın milli azlığının hüquqları ilə bağlı Kiyevlə kompromis əldə olunduğunu bildirib. Bu barədə TASS baş nazirin Rumıniya televiziyasına müsahibəsinə istinadən xəbər verir.
Çiolakunun sözlərinə görə, Ukrayna hakimiyyəti ilə onların azlıqlara münasibəti ilə bağlı kompromis əldə olunub. O vurğulayıb ki, Buxarest Ukraynadakı rumınlar üçün Rumıniyadakı ukraynalıların hüquqlarının eyni olmasını istəyir. Baş nazir qeyd edib ki, qanunvericiliyə zəruri dəyişikliklərin layihələri artıq hazırdır.
Çiolaku xüsusilə vurğuladı ki, Moldova dili artıq Ukraynada olmamalıdır.
Mənbə: TASS