Rus turistlər Vyetnamdakı oğurluqlardan kütləvi şəkildə şikayətlənirlərbackend

Rusiyanın Hoşimin şəhərindəki baş konsulu bildirib ki, Vyetnamın cənubunda rusiyalı turistlərə qarşı oğurluqların sayı sürətlə artır.

O bildirib ki, konsulluğa pul, telefon, qiymətli əşyalar və sənədlərin oğurlanması ilə bağlı çoxsaylı məlumatlar, eləcə də yerli hüquq-mühafizə orqanlarının hərəkətsizliyi ilə bağlı şikayətlər daxil olur.

Sadıkov həmçinin qeyd edib ki, oğurluqlar yalnız ictimai yerlərdə, turizm zonalarında və çimərliklərdə deyil, həm də otellərdə, hava limanlarında və təyyarələrdə baş verir.