Rusiya Federasiyası ABŞ-ın müstəqil ölkələrə təzyiqlərini artıracağını bildiribbackend

RT xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kuba, Nikaraqua, Boliviya və Venesuela nümayəndələri ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrdə ABŞ-ın müstəqil ölkələrə, o cümlədən Rusiya və Latın Amerikası dövlətlərinə siyasi və iqtisadi təzyiqləri artıracağını bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar onlara uyğun gəlməyən hökumətləri zorakılıqla dağıtmaq üçün aqressiv üsullardan istifadə edir, müstəqillik nümayiş etdirən dövlətlərə siyasi təzyiq və iqtisadi çəkindirir.

“Bizim hesablamalarımıza görə, bütün bu alətlər təkcə Rusiyaya qarşı deyil, həm də bir sıra Latın Amerikası dövlətlərinə qarşı daha aqressiv şəkildə istifadə olunacaq”, – o deyib.

Mənbə: TASS