RMC Sport xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Qətər əmiri Təmim bin Həməd Al Tani fransalı PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşüb.
İclasda PSJ-nin sahibi Nasser Al-Xelaifi də iştirak edib.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. 2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer heç vaxt baş tutmadı. İspan mediasına görə, Los Blancos düşərgəsinə transfer üçün ikinci cəhd bu yay uğur qazana bilər.
Mənbə: Lenta.ru