İran-Rusiya Birgə Ticarət Palatasının rəhbəri Hadi Tizxuştaban IRNA-ya müsahibəsində bildirib ki, Rusiya ölkənin iki neft layihəsinə 2,7 milyard dollar sərmayə qoyub, İranın ən böyük xarici investoru olub.
“Bu, 2021-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər İranın [iqtisadiyyatına] ümumi xarici sərmayənin təxminən 45%-ni təşkil edir” dedi.
Tizxuştabanın sözlərinə görə, Rusiya ilə İran arasında hesablaşmaların təxminən 60%-i milli valyutalarda – rubl və rialda aparılır. Eyni zamanda ödənişlərin 40%-i rublun payına düşür.