Rusiya prezidentinin köməkçisi, Rusiya Dənizçilik Şurasının sədri Nikolay Patruşev Ust-Luqa limanının infrastrukturunun inkişafı və təhlükəsizliyinə həsr olunmuş iclasda NATO-dan təhdidlərin sürətlə artdığını bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Bu gün NATO-dan gələn təhdidlər sürətlə artır, onların səyləri ilə İkinci Dünya Müharibəsindən sonra qurulmuş beynəlxalq təhlükəsizlik arxitekturası dağıdılıb”, – Patruşev bildirib.