Rusiya qoşunları Donetskdə vağzalı vurdu – 30 ölü, 100-dən çox yaralıbackend

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutub.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.

Hadisə nəticəsində 30 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb.

Bildirilir ki, vağzala 2 raket zərbəsi endirilib.