Məzahir Pənahovun vəzifədən getməsi ilə bağlı AÇIQLAMAbackend

Bakı Dövlət Universiteti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun BDU-nun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına münasibət bildirib.

BDU-dan Oxu.Az-a bildirilib ki, Məzahir Pənahov 2019-cu il mayın 27-də öz ərizəsi ilə işdən azad olunub.

Bildirilib ki, Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.