Rusiya ŞƏT-i Əfqanıstanla münasibətləri pozmağa çağırıbbackend

Rusiya Federasiyası hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə Əfqanıstan arasında münasibətlərin əriməsi barədə düşünməyin vaxtı çatıb.

RİA Novosti xəbər verir ki, bunu Pekində ŞƏT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasının açılışında çıxışı zamanı Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib.

Diplomat xatırladıb ki, hazırda Əfqanıstan istiqamətində işlərin əlaqələndirilməsi “Moskva məsləhətləşmə formatı”, “Qonşu ölkələr mexanizmi” və digər regional platformalar çərçivəsində həyata keçirilir. Venediktovun sözlərinə görə, bir çox ŞƏT dövlətləri Əfqanıstanla sistemli şəkildə ikitərəfli formatda əməkdaşlıq edir.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini əlavə edib ki, Rusiyada Taliban hərəkatının (hərəkət terror təşkilatları siyahısına daxildir) fəaliyyətinə qadağa qoyulması dayandırılıb və bu, Moskva ilə Kabil arasında tam hüquqlu tərəfdaşlığın qurulmasına yol açmalıdır.