Müğənni Keti Perri Avstraliyanın Pert şəhərində konserti zamanı pərəstişkarının əlindən içində Labubu kuklası olan qutunu döyüb.
Hadisənin videosu TikTok @ellietaraa hesabında yayımlanıb.
“Hələ nəfəs alıram” mahnısının ifası zamanı pərəstişkarı oyuncaqla səhnəyə yaxınlaşaraq onu müğənniyə verib. Lakin sənətçi qəfildən mikrofonla oyuncaq olan qutuya dəydi və o, əlindən uçdu.
“Labubu yox!” – mahnını dayandırmadan dedi.
Daha sonra Keti Perri oturaraq tamaşaçılara qutudan peçenye təklif edib.
Kuklanın qablaşdırmasının fotosu sosial şəbəkələrdə görünəndə Perri ona üç gülən şeytan emojisi ilə şərh yazıb.