Rusiya süni intellektlə bağlı qanunvericilik tənzimləmə layihəsini hazırlayıbbackend

Rusiyada ekspert qrupu süni intellektin (AI) qanunvericilik tənzimləmə layihəsini hazırlayıb. Bu barədə RBC yazır.

“Rusiya Federasiyasında süni intellekt sistemlərinin tənzimlənməsi haqqında” yeni qanun layihəsi süni intellekt, texnologiyalar və süni intellekt sistemləri anlayışlarını, süni intellekt sistemlərinin etiketlənməsinə dair tələbləri təqdim etməyi və süni intellekt sistemlərini risk səviyyəsinə görə təsnif etməyi təklif edir – qəbuledilməz, yüksək, minimal və məhdud. Sənəddə ölkədə yolverilməz risk səviyyəsinə aid edilən süni intellekt sistemlərinin inkişafı və istismarının qadağan edilməsi təklif edilir.

Bundan əlavə, təşəbbüs müəllifləri süni intellekt sistemlərinin inkişafı və istismarı ilə məşğul olan şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər vurmağa görə məsuliyyət müəyyən etməyi təklif ediblər.