Rusiya Ukraynadakı AES-i atəşə tutub: Yanğın baş verib – VİDEObackend

Bu gün səhər saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye Atom Elektrik Stansiyada yanğın baş verib.

Yanğın 2 min kvadratmetr sahəni əhatə edib.

Hadisə yerinə Ukraynanın Fövqəladə Xidmətinin yanğınsöndürən briqadaları cəlb edilib.

Ukrayna Fövqəladə Xidmətinin yaydığı son məlumata görə, Zaporojye vilayətində yerləşən Atom Elektrik Stansiyanın (AES) korpusunda başlayan yanğın artıq söndürülüb.

Ölən və xəsarət alanların olmadığı bildirilir.