Rusiya Avropanın ən böyük nüvə stansiyasına nəzarəti ələ keçirdibackend

Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi Avropanın ən böyük stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiya ordusunun nəzarətində olduğunu açıqlayıb.

İdarə Heyətinin açıqlamasında bildirilir ki, zavodun ərazisinin Rusiya ordusunun nəzarətində olmasına baxmayaraq, zavodun şəxsi heyəti işlərini davam etdirir.

Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyası və dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınır.

Mənbə: Anadolu